Lavrov Çexiya rəsmilərinin açıqlamalarını şizofreniya adlandırıb

Lavrov Çexiya rəsmilərinin açıqlamalarını şizofreniya adlandırıb
# 28 aprel 2021 12:09 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çexiya rəsmilərinin 2014-cü ildə Vrbetsdəki silah anbarında baş vermiş partlayışın səbəbləri ilə bağlı açıqlamalarını və Çexiya Prezidenti Miloş Zemanın xəyanətkar adlandırılmasını şizofreniya adlandırıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN başçısı RİA “Novosti”yə müsahibəsində deyib.

O bildirib ki, Çexiya rəsmilərinin nə istədiklərini anlamaqda çətinlik çəkir.

Baş verənləri seriala bənzədən S. Lavrov qeyd edib ki, bu hekayədə çoxlu şizofreniya elementləri var.

S. Lavrov M. Zeman və hazırkı Baş nazir Babiş tərəfindən 2014-cü ildə bu partlayışın anbar sahiblərinin səhlənkarlığı nəticəsində baş verdiyini ehtimalının səsləndirildiyini xatırladıb: “Prezident Zeman bu yeddi il ərzində heç vaxt təkzib olunmayan versiyanın nəzərə alınmasını təklif etdi. İndi o, xəyanətdə günahlandırılır. Yaxşı, bu şizofreniya deyilmi?!”

Qeyd edək ki, bir neçə gün əvvəl Çexiya Prezidenti çıxışında Rusiya casuslarının 2014-cü ildə Çexiyada silah-sursat anbarının partlamasına səbəb olduğu barədə fikirlərin iki nəzəriyyədən yalnız biri olduğunu və bunun qəza olması ehtimalının istisna edilməməsi lazım olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR