Litva Danimarkanın istifadə etmədiyi “AstraZeneca” peyvəndinin ölkəyə gətirilməsi üçün müraciət edib

Litva Danimarkanın istifadə etmədiyi “AstraZeneca” peyvəndinin ölkəyə gətirilməsi üçün müraciət edib
# 15 aprel 2021 14:01 (UTC +04:00)

Litva istifadə olunmayan “AstraZeneca” peyvəndlərinin Danimarkadan ölkəyə gətirilməsi üçün Danimarkaya müraciət edib

Vilnüs Danimarkanın istifadə etməkdən imtina etdiyi “AstraZeneca” peyvəndinin Litvaya verilməsi ilə bağlı Kopenhagenə müraciət edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Litvanın Baş naziri İnqrida Şimonite deyib.

“Biz əlaqə yaratdıq və bildirdik ki, əgər Danimarka peyvəndi paylaşmaq ehtimalını düşünürsə, o zaman onu qəbul etməyə hazır olan ölkələr arasında biz də olacağıq. Şübhəsiz ki, Litvada bu peyvənddən istifadə etmək istəyənlər olacaq”, - deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, hər bir vətəndaş bu peyvəndi vurdurub-vurdurmamağa dair özü qərar verməlidir.

Qeyd edək ki, Danimarka Səhiyyə Nazirliyi ölkənin “AstraZeneca” peyvəndindən istifadə etməyəcəyini bəyan edib. Səhiyyə Nazirliyi bildirib ki, bu peyvəndlə qan laxtalanması halları arasında əlaqə var. Danimarka Avropa regionunda dərmanın istifadəsini həmişəlik dayandıran ilk ölkədir.

Danimarkada 2,4 milyon doza “AstraZeneca” peyvəndi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR