Litva XİN başçısı Gürcüstanda səfərdədir

Litva XİN başçısı Gürcüstanda səfərdədir
# 28 aprel 2021 10:37 (UTC +04:00)

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Gürcüstanda rəsmi səfərdədir.

APA-nın yerli bürosunun xəbərinə görə, litvalı nazir səfər çərçivəsində gürcüstanlı həmkarı David Zalkaliani ilə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Litvalı nazirin Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və parlamentin üzvləri ilə də görüşlər keçirməsi nəzərdə tutulub.

Litva XİN başçısının səfəri aprelin 29-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR