Litvada An-2 təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb

Litvada An-2 təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb
# 09 may 2020 18:52 (UTC +04:00)

Bu gün Litvada An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Vilnüs Polis Komissarlığının nümayəndəsi Yuliya Samorokovskaya bildirib.

"Vilnüs rayonunda qəza yerində həkimlər təyyarədə olan iki kişinin öldüyünü qeydə alıblar", - deyə Y. Samorokovskaya qeyd edib.

Polisin məlumatına görə, qəzaya uğrayan “An-2” təyyarəsi Darüs və Girenas adına Aeroklubun balansında idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR