“London Eye”ın qarşısında Gəncə və Bərdə terrorunun qurbanları yad edilib - FOTO

“London Eye”ın qarşısında Gəncə və Bərdə terrorunun qurbanları yad edilib - FOTO
# 01 noyabr 2020 18:16 (UTC +04:00)

Böyük Britaniyada yaşayan azərbaycanlılar “London Eye”ın qarşısında ermənilərin Bərdə, Gəncə və digər şəhərlərdə törətdiyi terror aktları nəticəsində həlak olan şəxsləri yad edib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, anım tədbirində azərbaycanlılarla yanaşı, güney azərbaycanlılar və Britaniya vətəndaşları da iştirak edib.

Tədbir iştirakçıları işğalçı Ermənistan ordusunun Gəncə və Bərdədə törətdiyi terror aktlarının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Onlar “Paşinyanı durdurun”, “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndirərək ətrafdan keçənləri ermənilərin törətdikləri təcavüz barəsində məlumatlandırıblar.

Bundan əlavə “Gəncə üçün dua edək”, “Bərdə üçün dua edək” kimi plakatlar da qaldırılıb.

Tədbirin sonunda Azərbaycan himni səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR