Lüksemburqda və İrlandiyada da koronavirusa yoluxma halı qeydə alınıb

Lüksemburqda və İrlandiyada da koronavirusa yoluxma halı qeydə alınıb
# 01 mart 2020 07:26 (UTC +04:00)

Luksemburqda ilk koronavirusa yoluxma qeydə alınıb.

APA "France-Presse"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Polett Lenert brifinqdə bildirib.

Onun sözlərinə görə, yoluxan şəxs İtaliyadan yeni qayıdıb. Xəstə Lüksemburq xəstəxanasında xüsusi palataya yerləşdirilib.

Xəstənin vəziyyəti barədə məlumat verilməsə də, ailə üzvlərinin karantinə alındığı bildirilib.

“Independent”in məlumatına görə isə İrlandiyada da yeni virusa ilk yoluxma hadisəsi təsdiqlənib.

Həmin şəxsin virusa İtaliyada yoluxduğu bildirilir.

Hazırda virusa yoluxmuş hər iki şəxsin əlaqədə olduğu insanlar müəyyən edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR