Meksikada hərbi helikopter qəzaya uğrayıb

Meksikada hərbi helikopter qəzaya uğrayıb
# 22 mart 2020 04:34 (UTC +04:00)

Meksikanın Hərbi-Dəniz Donanması Nazirliyinə məxsus çox hədəfli “Black Hawk” helikopteri ölkənin şərqindəki Verakrus ştatında qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə qurumun “Twitter” səhifəsində bildirilib.

“Verakrus ştatı, Teuipanqo bələdiyyəsinin Tepekuitlapa rayonunda quruma aid helikopterin qəzaya uğraması barədə xəbər veririk”, - deyə məlumatda deyilir.

Məlumata görə, nəticədə təyyarədə olan bir nəfər ölüb, doqquz nəfər xəsarət alıb. Hazırda aviaqəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR