Meqan Markl Şahzadə Filipin yas mərasimində iştirak etməyəcək

Meqan Markl Şahzadə Filipin yas mərasimində iştirak etməyəcək
# 11 aprel 2021 02:18 (UTC +04:00)

Meqan Markl Şahzadə Filipin yas mərasimində iştirak etməyəcək

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Bukingem sarayından verilən açıqlamada Şəhzadə Filipin yas mərasiminin aprelin 17-də Vindsor Sarayında keçiriləcəyi bildirilib.

Məlumatda Şahzadə Harrinin dəfn mərasimində iştirak etmək üçün Kaliforniyadan Britaniyaya səyahət edəcəyi deyilib. Lakin edilib ki, hamilə olan Meqan Marklın səyahəti həkimlər tərəfindən tövsiyə edilmədiyi üçün o, mərasimdə iştirak etməyəcək.

Yas mərasimi ictimaiyyətə bağlı keçiriləcək.

Hazırda İngilətərədə karantin qaydalarına görə dəfn mərasimlərində ən çox 30 nəfər iştirak edə bilər. Bundan əlavə, xaricdən gələn qonaqlar 10 gün özlərini izolasiya etməlidir. Buna baxmayaraq, Şahzadə Harri xüsusi səbəbə görə dəfndə izolasiyaya ehtiyac olmadan iştirak edə biləcək.

Xatırladaq ki, 2020-ci ilin əvvəlində Harri və Meqan krallıq həyatından uzaqlaşaraq ABŞ-ın Kaliforniya ştatına köçüb. Cütlük ikinci övladlarının dünyaya gəlişini gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR