Məhmət Pərinçək: "Rusiya arxivləri göstərir ki, erməni soyqırımı olmayıb"

Məhmət Pərinçək: "Rusiya arxivləri göstərir ki, erməni soyqırımı olmayıb"
# 29 fevral 2020 15:30 (UTC +04:00)

Rusiyada fəaliyyət göstərən erməni vəkil Ruben Kirokosyan türkiyəli tarixçi Məhmət Pərinçəkin Rusiya-Türkiyə münasibətlərinə dair kitab təqdimatında təxribat törətməyə cəhd edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Arbatdakı "Moskva Kitab Evi"ndə keçirilən “Rusiya-Türkiyə diplomatiyasının gizli səhifələri arxiv materiallarında: Möhtəşəm Süleymandan Nazim Hikmətədək" kitabının təqdimatı zamanı söz alan erməni vəkil Ruben Kirokosyan müəllifə qondarma "erməni soyqırımı", Türkiyədə yaşayan "kripto ermənilər"(gizli ermənilər – red.) və guya Türkiyənin Rusiyaya müharibə elan etməsi ilə bağlı suallar verib. Erməni təxribatçının verdiyi suallar təqdimatda iştirak edən Azərbaycan diasporunun nümayəndələrinin və rusiyalı elm adamlarının etirazına səbəb olub.

Lakin türkiyəli alim Məhmət Pərinçək erməni təxribatçının bütün suallarına təmkinlə və tarixi faktlara istinad edərək cavab verib: "Mənim sizin suallarınızın hər birinə cavabım var. Mən uzun müddət Rusiya arxivlərində araşdırmalar aparmışam. Erməni məsələsi ilə yazdığım kitabların hamısı Rusiya arxivlərindəki sənədlərə əsaslanıb. Bir daha təkrar edirəm, Rusiyanın dövlət və hərbi arxivlərindəki sənədlərə, Türkiyə arxivlərindəki yox... Rusiyanın arxivləri 1915-ci il hadisələrinin soyqırımı olmadığını sübut edir. Tarixi sənədlər I Dünya müharibəsi zamanı Osmanlı dövlətində həm müsəlmanların, həm də ermənilərin qırıldığını göstərir. Rusiya arxivləri göstərir ki, erməni soyqırımı olmayıb.

O ki qaldı sizin Türkiyədə yaşayan "kripto ermənilər"lə bağlı sualınıza, deyə bilərəm ki, Osmanlıda yaşayan ermənilərin sayı 800 min civarında olub. Bu gün də Türkiyədə ermənilər yaşayır. Onlardan dinini və milliyyətini dəyişənlər da var. Elə bu kriptoermənilərin mövcudluğu onu göstərir ki, Osmanlıda erməni soyqırımı olmayıb. Soyqırımı olsaydı, Türkiyədə bir dənə də olsun erməni qalmazdı".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR