NATO-nun hərbi helikopteri Adriatik dənizi üzərində radarlardan itib

NATO-nun hərbi helikopteri Adriatik dənizi üzərində radarlardan itib
# 30 aprel 2020 05:38 (UTC +04:00)

NATO-nun hərbi helikopteri Adriatik dənizi üzərində yoxa çıxıb.

APA-nın Türkiyə bürosunun “Dəmirörən” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yunanıstan dövlət televiziyası xəbər yayıb.

Məlumatda bildirlib ki, Kanadaya məxsus, Aralıq Dənizində NATO-nun 2-ci Daimi Dənizçilik Qrupunun tərkibindəki döyüş gəmisinin göyərtəsindən havaya qalxan helikopter Yunanistan və İtalya arasında dəniz üzərində radarlardan itib.

İtaliya və Türkiyəyə məxsus gəmilərin hadisə baş verən ərazidə axtarış və xilasetmə işlərinə cəlb edildiyi bildirilib.

Yoxa çıxan helikopterdə 3 və ya 6 nəfərlik heyətin olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR