Niderlandda koronavirusdan 1487 nəfər ölüb

Niderlandda koronavirusdan 1487 nəfər ölüb
# 03 aprel 2020 17:18 (UTC +04:00)

Niderlandda sutka ərzində daha 1026 nəfər koronavirusa yoluxub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Niderlandın səhiyyə və ətraf mühit milli institutu məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusa yoluxanların sayı 15 723 nəfərdir.

Xəstəxanalarda müalicə olunan şəxslərin sayı 6000 nəfərdən çoxdur.

Son sutka ərzində 148 nəfər, ümumilikdə isə 1487 nəfər xəstəlikdən ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR