Niderlandda koronavirusla mübarizə çərçivəsində yeni kəşf edilib

Niderlandda koronavirusla mübarizə çərçivəsində yeni kəşf edilib
# 16 mart 2020 12:35 (UTC +04:00)

Niderlandda koronavirusu (COVID-19) bloklayan insan anticismi kəşf olunub. 

APA AMEA-nın saytına istinadən xəbər verir ki, istehsalçılar Utrext Universiteti və Erasmus Tibb Mərkəzinin əməkdaşlarıdır.

“Bu kəşf koronavirusla mübarizə üçün yeni imkanlar açır”, – deyə elmi qrupun rəhbəri Berend-Yan Boş bildirib.

poisknews.ru saytı xəbər verir ki, mütəxəssislər dərmanın istehsalının kifayət qədər yüksək vəsait tələb etdiyini, lakin yaxın zamanda əlçatan olacağını qeyd edirlər. Onların sözlərinə görə, koronavirusa qarşı vaksinin hazırlanmasına isə iki il vaxt tələb olunur.

Tədqiqatçılar hazırda dərmana verilən rəylərin nəticələrini gözləyir və dərman şirkətləri ilə danışıqlar aparırlar.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR