Norveçdə koronavirusa yoluxanların sayı 15 nəfərə çatıb

Norveçdə koronavirusa yoluxanların sayı 15 nəfərə çatıb
# 01 mart 2020 12:38 (UTC +04:00)

Norveçdə yeni tip koronavirusa yoluxanların sayı 15 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə Norveç Milli Sağlamlıq İnstitutu məlumat yayıb.

Dünən daha 8 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxanların 3-ü Oslodakı xəstəxananın əməkdaşlarıdır.

Xatırladaq ki, Norveçdə kornavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Həmin şəxs Çindən ölkəyə qayıdan Norveç vətəndaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR