Norveçin Müdafiə naziri koronavirus şübhəsi ilə karantinə alınıb

Norveçin Müdafiə naziri koronavirus şübhəsi ilə karantinə alınıb
# 10 mart 2020 19:23 (UTC +04:00)

Norveçin Müdafiə naziri Frank Bakke-Yensen COVID-19-a yoluxma şübhəsi ilə karantinə alınıb.

APA-nın xəbərinə görə, bu barədə "Aftenposten" Müdafiə nazirinin özünə istinadən məlumat yayıb.

"Müdafiə naziri yaxın vaxtlarda bütün ziyarət və görüşlərini təxirə salır, çünki o, koronavirusun daşıyıcısı ola bilər", - deyə nəşr bildirib.

Qeyd olunub ki, ona hələ son diaqnoz qoyulmayıb, lakin virusa yoluxması təsdiqlənsə, nazirlik xəstəliyin yayılmaması üçün bütün tədbirləri görəcək.

Qeyd edək ki, Norveçin baş naziri də bu gün Oslo Universitetində planlaşdırılan mühazirəsini təxirə salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR