Oksford Universitetinin hazırladığı koronavirus peyvəndinin immuniteti gücləndirdiyi bəlli olub

Oksford Universitetinin hazırladığı koronavirus peyvəndinin immuniteti gücləndirdiyi bəlli olub
# 20 iyul 2020 18:44 (UTC +04:00)

Oksford Universiteti tərəfindən hazırlanan koronavirus peyvəndinin aparılan sınaqlar nəticəsində təhlükəsiz olduğu və immunitet sistemini inkişaf etdirdiyi bəlli olub.

APA-nın Böyük Britaniya bürosunun BBC-yə istinadən verdiyi xəbərə görə, 1077 nəfərin iştirak etdiyi sınaqlarda peyvəndin koronavirusla mübarizə apara biləcək antikorlar və ağ qan hüceyrələri düzəltdikləri aşkar olunub. Bildirilib ki, peyvənd koronavirusla mübarizədə ümidverici olsa da, yüz faiz effektli olub-olmadığını bilmək üçün peyvəndin daha böyük sınaqlardan keçirilməsi lazımdır.

Hazırda peyvəndin güclü bir yan təsiri olmasa da, sınaqda iştirak edənlərin 70%-də peyvənddən sonra qızdırma və ya başağrısı görülüb. Tədqiqatçılar isə bunun parasetamol ilə keçə biləcəyini söyləyir.

Oksford Universitetinin professoru Sarah Gilber bildirib ki, peyvəndin COVID-19-u nəzarətdə saxlaya biləcəyinin təsdiq edilməsi üçün görüləsi çox iş var. “Amma bu, erkən nəticələr vəd verir", - deyə o bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR