Paata İmnadze: “Çinin “Sinopharm” vaksini xəstəliyin şiddətli keçməsinin qarşısını alır”

Paata İmnadze: “Çinin “Sinopharm” vaksini xəstəliyin şiddətli keçməsinin qarşısını alır”
# 27 aprel 2021 14:27 (UTC +04:00)

Yeni növ koronavirus (COVID-19) əleyhinə Çin istehsalı “Sinopharm” vaksini xəstəliyin şiddətli keçməsindən 100 faiz qoruyur.

APA-nın xəbərinə görə, bunu Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Paata İmnadze deyib.

Onun sözlərinə görə, Gürcüstan bu vaksindən 100 min doza əldə edib ki, bu da müvafiq olaraq 50 min nəfərin peyvəndlənməsi üçün istifadə ediləcək.

P. İmnadze bildirib ki, Macarıstan, Serbiya kimi ölkələr də daxil olmaqla bir sıra Avropa ölkələrində tətbiq edilən vaksin xəstəliyin 79 faiz hallarda asimptomatik keçməsinə səbəb olur, 100 faiz hallarda isə şiddətli keçməsinin qarşısını alaraq xəstənin xəstəxanaya yerləşdirilməsinin və ölüm hallarının qarşısını alır.

O qeyd edib ki, aparılan araşdırmalar vaksinin 18-60 yaş aralığında olanlar üçün daha effektiv olduğunu göstərib.

Qeyd edək ki, bu gün Gürcüstanda “Sinopharm” vaksininin 18-60 yaş arası şəxslərdə tətbiqi üçün qeydiyyata başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR