Parisdə etiraz aksiyasında 19 polis yaralanıb

Parisdə etiraz aksiyasında 19 polis yaralanıb
# 17 iyun 2020 05:14 (UTC +04:00)

Fransanın paytaxtı Parisdə iğtişaşlarda 19 polis əməkdaşı yaralanıb, 30-dan çox etirazçı saxlanılıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli polisin yaydığı məlumatda bildirilib.

Paytaxtda əvvəlcə tibb işçilərinin dinc etiraz aksiyası keçirilib. Qara geyimli radikal düşüncəli bir qrup gəncin aksiyaya qoşulması ilə polislə qarşıdurma yaranıb.

Təxminən iki saat davam edən iğtişaşlar zamanı radikallar tərəfindən polisə daş, şüşə və plastik materiallar atılıb, avtomobillər çevrilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazlardan istifadə etmək məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR