Polşada pandemiya başlayandan bəri rekord günlük yoluxma qeydə alınıb

Polşada pandemiya başlayandan bəri rekord günlük yoluxma qeydə alınıb
# 24 sentyabr 2020 16:16 (UTC +04:00)

Polşada COVID-19 pandemiyası başlayandan bəri rekord günlük yoluxma qeydə alınıb.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada Polşada 1 136 yoluxma faktı qeydə alınıb ki, bu, mart ayından bəri ən yüksək rəqəmdir.

İndiyədək ölkədə koronavirusa yoluxanların ümumi sayı 82 809 nəfərə çatıb, 2 369 nəfər vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR