Polşada prezident seçkiləri təxirə salınıb

Polşada prezident seçkiləri təxirə salınıb
# 10 may 2020 10:05 (UTC +04:00)

Polşada mayın 10-na təyin edilmiş prezident seçkiləri yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, seçkilərin tarixi məlum olmasa da, səsvermənin poçt vasitəsi ilə keçiriləcəyi dəqiqləşib.

Prezidentliyə namizədlərə gəlincə, hakimiyyətin namizədi Anjey Dudanın reytinqi bir neçə ay əvvəl 45 faizə çatmırdısa, hazırda reytinqi 50 faizi keçib. Bir neçə ay əvvəl reytinqi 25 faizdən çox olan müxalif koalisiyanın namizədi Malqojatı Kidavı-Blonskoyun reytinqi isə hazırda 10 faizə çatmır və Polşa Kənjdli Partiyasının namizədi Vladislav Kosinyak-Kamışın reytinqindən də aşağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR