Portuqaliyada koronavirusu neytrallaşdıran maska hazırlanıb

Portuqaliyada koronavirusu neytrallaşdıran maska hazırlanıb
# 25 iyul 2020 16:45 (UTC +04:00)

Lissabonun Molekulyar Tibb İnstitutu yeni növ koronavirusu (COVID-19) zərərsizləşdirə biləcək ilk qoruyucu maska ​​hazırlayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə iyulun 25-də “La Razón” qəzeti xəbər yayıb.

Məlumata görə, söhbət olduqca effektli və təkrar istifadə edilə bilən maskadan gedir. Qoruyucu vasitələr suya davamlı bir neçə növ parçalardan hazırlanıb. Keçirilən testlər məhsulun koronavirus infeksiyasından qorunmasında effektivliyini təsdiqləyib.

Xatırladaq ki, COVID-19 pandemiyası başlayandan Portuqaliyada təxminən 50 min yoluxma faktı qeydə alınıb, 1 712 nəfər vəfat edib, 35 min nəfərə yaxın insan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR