Rəsmi Ankara NATO-nun Türkiyə və Yunanıstan arasındakı vasitəçiliyini alqışlayıb

Rəsmi Ankara NATO-nun Türkiyə və Yunanıstan arasındakı vasitəçiliyini alqışlayıb
# 04 sentyabr 2020 00:40 (UTC +04:00)

“NATO-nun Şərqi Aralıq dənizində gərginliyin azaldılması, dəniz və hava elementləri arasında arzuolunmayan qəzaların qarşısını almaq üçün göstərdiyi təşəbbüsü alqışlayırıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin bu gün NATO-nun Baş katibi Yens Stoltenberqin Türkiyə ilə Yunanıstan arasında görüşlərin təşkili ilə bağlı bəyanatına bildirdiyi mövqeyində belə yazılıb.

Türkiyə XİN Y.Stoltenberqin NATO nəzdində hərbi-texniki görüşlərin başladılması təşəbbüsünü Yunanıstan tərəfdən dəstəklənməsini gözlədiyini əlavə edib: “Digər tərəfdən, Yunanıstanla aramızdakı bütün məsələlərin daimi həlli üçün beynəlxalq hüquq normaları çərçivəsində heç bir şərt qoymadan dialoqa hazır olduğumuzu bir daha xatırlatmaq istəyirik”.

Qeyd edək ki, Y.Stoltenberq bu məsələ ilə bağlı yazılı açıqlamasında bildirib ki, hər iki ölkənin liderləri ilə danışıqlardan sonra NATO-da texniki müzakirələrə başlanmasına qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR