Rusiya XİN Ukraynaya NATO-nun tərəfdaşı statusunun verilməsinə münasibət bildirib

Rusiya XİN Ukraynaya NATO-nun tərəfdaşı statusunun verilməsinə münasibət bildirib
# 15 iyun 2020 14:22 (UTC +04:00)

Ukraynaya genişləndirilmiş imkanlarla NATO-nun tərəfdaşı statusunun verilməsi Kiyevdəki "müharibə partiyası" üçün siyasi siqnaldır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, bu, alyansın Donbassdakı münaqişənin həllində maraqsız olduğundan xəbər verir.

"Əlbəttə ki, bu, Kiyevdəki müharibə partiyası üçün bir siqnaldır. Bu, birincisi. İkincisi isə, bu, tamamailə dəqiq siqnaldır ki, NATO alyansın şərq cinahını genişləndirməyi əsaslandırmaq və Rusiyanı Qərbin əsas təhdidi kimi qələmə verməyə davam etmək üçün Ukrayna daxilindəki münaqişənin həllində maraqlı deyil", - deyə rusiyalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR