Rusiya və Almaniya XİN başçıları Belarusdakı vəziyyəti müzakirə ediblər

Rusiya və Almaniya XİN başçıları Belarusdakı vəziyyəti müzakirə ediblər
# 18 avqust 2020 17:23 (UTC +04:00)

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun almaniyalı həmkarı Hayko Maas arasında telefon danışığı olub.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, telefon danışığı Almaniya tərəfinin təşəbbüsü əsasında baş tutub.

Söhbət zamanı Rusiya Prezidenti Vladimir Putinin bütün maraqlı tərəflərin narahatlıqlarını nəzərə alaraq, Fars körfəzi regionunda təhlükəsizliyin təmin edilməsi yollarını tapmaq üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Almaniya və İran liderlərinin də iştirakı ilə görüş keçirmək təşəbbüsü müzakirə olunub.

Tərəflər İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının həyata keçirilməsi üçün beynəlxalq hüquqi zəmin yaradan BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

S. Lavrov və H. Maas prezident seçkiləri kontekstində Belarusdakı son vəziyyəti də müzakirə ediblər. S. Lavrov Belarusdakı daxili siyasi proseslərə hər hansı bir xarici müdaxilənin yolverilməzliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR