Rusiyanın Ukraynadakı konsulu “persona non qrata” elan olunub

#
# 14:25
27 aprel 2021

Rusiyanın Ukraynanın Odessa şəhərindəki konsulu “persona non qrata” elan olunub.

APA-nın Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, rusiyalı diplomat aprelin 30-u günün sonunadək Ukrayna ərazisini tərk etməlidir.

Bildirilib ki, bu Rusiya XİN-in aprelin 26-da ukraynalı diplomatı “persona non qrata” elan etməsinə cavabdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR