SOCAR Gürcüstanın Koronavirusla Mübarizə Fonduna 200000 lari bağışlayıb

#
# 13:12
27 mart 2020

SOCAR Gürcüstanın koronavirusla mübarizə fonduna 200 000 lari (107 300 manat) bağışlayıb. 

APA-nın yerli bürosu “Interpressnews”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Biznes Assosiasiyası məlumat yayıb. Bildirilib ki, assosiasiya və onun üzvü olan şirkətlər COVİD-19-un Gürcüstan ərazisində yayılmasına qarşı mübarizə məqsədi ilə ümumilikdə 5 milyon lari (2 682 500 manat) bağışlayıb.  

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR