Serbiya Prezidenti və Kosovanın Baş naziri Brüsseldə görüşəcək

Serbiya Prezidenti və Kosovanın Baş naziri Brüsseldə görüşəcək
# 02 sentyabr 2020 17:10 (UTC +04:00)

Serbiya Prezidenti Aleksandr Vucic və Kosovanın Baş naziri Avdullah Hoti görüşəcək.

APA-nın xəbərinə görə, tərəflər arasında görüş sentyabrın 7-də Brüsseldə baş tutacaq.

Görüşdə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Aİ-nin Belqrad-Priştina dialoqu və qərbi Balkan ölkələri üzrə xüsusi nümayəndəsi Miroslav Layçak iştirak edəcək.

Görüşdə Kosovo ilə Serbiya arasındakı münasibətləri normallaşdırmaq üçün hərtərəfli razılaşmanın bir hissəsi olaraq tənzimləmələr və qarşılıqlı maliyyə tələblərinin/mülkiyyətinin tənzimlənməsi məsələləri müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR