Serbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb - YENİLƏNİB

Serbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb - YENİLƏNİB
# 25 sentyabr 2020 18:19 (UTC +04:00)

Serbiyada MiQ-21 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

***

saat 13:06

Serbiyada hərbi təyyarə qəzaya uğrayıb.

APA-nın “Sputnik”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:00 radələrində müntəzəm uçuş tapşırığı həyata keçirən Serbiya Hava Qüvvələrinə məxsus MiQ-21 Mali-Zvornik şəhərinin yaxınlığındakı Brasina kəndinin ətrafında qəzaya uğrayıb.

Yerli mətbuatın yazdığına görə, təyyarədə iki pilot olub. Sosial şəbəkələrdə bildirilib ki, hər iki pilot həyatını itirib.

Hadisə yerinə yanğınsöndürənlər və polislər cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR