Serbiyanın Müdafiə naziri koronavirusa yoluxub

Serbiyanın Müdafiə naziri koronavirusa yoluxub
# 27 iyun 2020 15:33 (UTC +04:00)

Serbiyanın Müdafiə naziri Aleksandar Vulin yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Müdafiə Nazirliyinin dövlət katiblərindən biri COVID-19-a yoluxduğu üçün xəstəxanaya yerləşdirildikdən sonra onun təmasda olduğu bütün şəxslər test edilib. Müdafiə naziri Aleksandar Vulinin testinin nəticəsi müsbət olub", - deyə Nazirliyin məlumatında bildirilir.

Məlumatda qeyd edilib ki, A.Vulinində COVID-19 infeksiyasının simptomları özünü göstərmir, lakin o, təcrid vəziyyətdədir və Müdafiə naziri kimi fəaliyyətini ev şəraitində davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR