Son 24 saatda İtaliyada koronavirusdan ən az ölüm sayı qeydə alınıb

Son 24 saatda İtaliyada koronavirusdan ən az ölüm sayı qeydə alınıb
# 26 aprel 2020 21:08 (UTC +04:00)

İtaliyada koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayında martın 15-dən bəri ən az göstərici qeydə alınıb - 260 nəfər.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb. Məlumata görə, yeni növ koronavirusun yaratdığı fəsadlardan ölənlərin ümumi sayı 26 644-ə çatıb.

Son 24 saat ərzində daha 1808 nəfər sağalıb, sağalanların sayı ümumilikdə 64 928 nəfərə çatıb. Pandemiyanın başlanğıcından bəri virusa yoluxmuş insanların ümumi sayı 197 675 nəfərdir, son 24 saat ərzində isə 2324 yeni yoluxma halı qeydə alınıb.

Reanimasiya şöbələrində olan xəstələrin sayı son bir ayda iki dəfə azalaraq 2 min nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR