"Spiegel": Navalnı təyyarədə nə baş verdiyini xatırlayır

"Spiegel": Navalnı təyyarədə nə baş verdiyini xatırlayır
# 10 sentyabr 2020 11:10 (UTC +04:00)

Aleksey Navalnı təyyarədə nə baş verdiyini xatırladığını bildirib.

APA-nın xəbərinə görə, bu barədə "Spiegel" nəşri məlumat yayıb.

Aleksey Navalnı yenidən danışmaq iqtidarında olduğunu və Tomskdan Moskvaya uçmamışdan qabaq təyyarədə baş verən hadisənin bütün detallarını xatırladığını bildirib.

"Spiegel" və "Bellingcat"ın birgə araşdırmasına görə, Almaniyanın təhlükəsizlik xidməti rus müxalif siyasətçi Aleksey Navalnı üçün təhlükəsizlik tədbirlərini sərtləşdirib. Berlində Aleksey Navalnının müalicə olunduğu "Charite" klinikası ətrafında polis sayı artırılıb, nəzarət daha da gücləndirilib.

Bu, Berlin polisinin Aleksey Navalnıya qarşı mümkün sui-qəsd cəhdlərinin qarşısını almaq istəyi ilə bağlıdır.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, "Gələcəyin Rusiyası" partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.

Bir neçə gün əvvəl "Charite" klinikasının həkimləri Navalnı tədricən süni komadan çıxarıldığını və onun ətrafdakıların müraciətlərinə reaksiya göstərməyə başladığını bildirib. Lakin həkimlər hadisənin Navalnının sağlamlığı üçün uzunmüddətli nəticələrini də istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR