Stoltenberq: "Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizi ilə bağlı danışıqlara razılıq verib"

Stoltenberq: "Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizi ilə bağlı danışıqlara razılıq verib"
# 03 sentyabr 2020 21:12 (UTC +04:00)

Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizində insident və toqquşma riskinin azaldılması üçün mexanizmin yaradılması ilə bağlı texniki danışıqların başladılmasına razılıq verib.

APA-nın xəbərinə görə, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bəyanat yayıb.

O bildirib ki, hər iki ölkənin liderləri ilə danışıqlardan sonra Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizində insident və toqquşma riskini azaltmaq üçün hərbi dekonflikasiya ilə bağlı mexanizmin yaradılması istiqamətində NATO-da texniki danışıqlara getməyə razılıq veriblər.

"Yunanıstan və Türkiyə dəyərli müttəfiqlərdir, NATO isə bizim ortaq təhlükəsizliyimizə təsir edəcək bütün məsələləri müzakirə etmək üçün vacib platformadır. Gərginliklərə NATO-nun həmrəyliyi ruhunda həll tapılması üçün mən bütün müvafiq tərəflərlə yaxın təmasdayam", -deyə NATO Baş katibi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR