Svetlana Tixanovskaya Vilnüsdə ABŞ dövlət katibinin birinci müavini ilə görüşüb

#
# 16:55
24 avqust 2020

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Vilnüsdə ABŞ dövlət katibinin birinci müavini Stiven Biqan ilə görüşüb.

APA-nın "Interfax"a istinadən verdiyi xəbərə görə, bu barədə S. Tixanovskayanın mətbuat xidməti məlumat yayıb.

"Xanım Tixanovskaya və cənab Biqan Belarusdakı siyasi böhranı müzakirə etdi. S. Tixanovskaya seçimlərinə hörmət tələb edən Belarus xalqına verdiyi dəstəyə görə ABŞ-a minnətdarlığını bildirdi",- deyə mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edək ki, ABŞ dövlət katibinin birinci müavini avqustun 25-26-da Moskvada səfərdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR