Türkiyə-İran sərhədində 7 qanunsuz miqrantın cəsədi tapılıb

Türkiyə-İran sərhədində 7 qanunsuz miqrantın cəsədi tapılıb
# 14 mart 2020 11:54 (UTC +04:00)

Türkiyənin Van vilayətinin İranla sərhəd olan Çaldıran rayonunda 7 qaçqının cəsədi aşkarlanıb.

APA-nın yerli bürosunun Van valiliyinə istinadla verdiyi xəbərə görə, Əfganıstan, Pakistan ve Suriya vətəndaşları olan, sərhədi qanunsuz yolla keçməyə cəhd edən miqrantların donaraq öldükləri ehtimal edilir.

Qeyd edək ki, keçən ilin fevralında da İran sərhədindən Çaldıran rayonuna qanunsuz yolla keçən 13 miqrant donaraq ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR