Türkiyə Müdafiə Nazirliyi: “İdlibdə Rusiya ilə birgə birinci post-patrul xidməti başa çatıb”

Türkiyə Müdafiə Nazirliyi: “İdlibdə Rusiya ilə birgə birinci post-patrul xidməti başa çatıb”
# 15 mart 2020 14:56 (UTC +04:00)

Suriyanın şimalında İdlib vilayətində Türkiyə ilə Rusiyanın birgə birinci post-patrul xidməti başa çatıb.

 APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirlib.

Açıqlamada qeyd olunub ki, İdlibdəki M4 quru yolunda Türkiyə ilə Rusiya hərbçilərinin quruda və havada birgə post-patrul fəaliyyəti icra edilib.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında 5 martda Moskvada imzalanan İdlib müqaviləsindən sonra bu, tərəflər arasında ilk birgə post-patrul xidmətidir.

Suriyada atəşkəsi təmin etmək üçün qəbul edilən 14-cü razılaşmaya görə, birgə fəaliyyətin davam edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR