Türkiyə PA-nın Kommunikasiya İdarəsinin sədri HDP-nin mövqeyini sərt tənqid edib

Türkiyə PA-nın Kommunikasiya İdarəsinin sədri HDP-nin mövqeyini sərt tənqid edib
# 24 aprel 2021 14:22 (UTC +04:00)

“Bizim uzun və şərəfli tariximiz qürur mənbəyimizdir. Sizin qısa və qaranlıq tarixiniz isə xəcalətlə doludur”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun özünün “Twitter” səhifəsində bu paylaşımı edib.

Xalqların Demokrat Partiyasının (HDP) 1915-ci il hadisələri ilə bağlı açıqlamasına F.Altun “Sizin tarixiniz separatçı terror təşkilatının tarixidir” deyə sərt mövqe bildirib.

Qeyd edək ki, HDP İdarə Heyəti "Erməni soyqırımı” ilə bağlı ittiham dolu açıqlama yayımlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR