Türkiyə, Polşa və Rumıniya XİN başçılarının görüşü keçiriləcək

Türkiyə, Polşa və Rumıniya XİN başçılarının görüşü keçiriləcək
# 21 aprel 2021 12:17 (UTC +04:00)

Türkiyə, Polşa və Rumıniya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, üçtərəfli görüş 22-23 aprel tarixlərində Buxarest şəhərində keçiriləcək.

Üçtərəfli görüşün bir hissəsinə Ukrayna və Gürcüstan xarici işlər nazirlərinin də qatılması planlaşdırılır.

Qeyd edək ki, 2016-cı ildən etibarən hər il müntəzəm olaraq Türkiyə, Polşa və Rumıniya XİN başçılarının görüşü keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR