Türkiyə Prezident Adminstrasiyası Ərdoğanın Rusiya səfəri haqqında məlumat yayıb

Türkiyə Prezident Adminstrasiyası Ərdoğanın Rusiya səfəri haqqında məlumat yayıb
# 04 mart 2020 22:08 (UTC +04:00)

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünün başlıca məqsədi Suriyanın şimalında atəşkəsin təmin olunmasıdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumatında belə deyilir.

Məlumatda həmçinin qeyd edilib ki, görüşdə liderlər İdlib mövzusu ilə yanaşı, Rusiya-Türkiyə münasibətlərini də müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR