Türkiyə Prezidentinin sözçüsü ABŞ Prezidentinin məsləhətçisi ilə telefonla danışıb

Türkiyə Prezidentinin sözçüsü ABŞ Prezidentinin məsləhətçisi ilə telefonla danışıb
# 24 aprel 2021 02:14 (UTC +04:00)

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Cek Sallivanla telefonla danışıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, İbrahim Kalın və Cek Sallivan Türkiyə-ABŞ arasında ikitərəfli əlaqələr əsas olmaqla, Suriya, Liviya, İraqla bağlı regional məsələləri müzakirə ediblər, o cümlədən COVID-19-a qarşı birgə mübarizə tədbirləri haqqında fikir mübadiləsi aparılıb.

İki ölkə arasındakı fikir ayrılıqlarına səbəb olan "S-400" və "F-35" kimi məsələlərin konstruktiv şəkildə həll edilməsi üçün birgə səy göstərilməsinin vacibliyi də vurğulanıb.

PYD/YPG/PKK, İŞİD və FETÖ daxil olmaqla bütün terror qruplaşmalarına qarşı, ayrıseçkilik qərarına Türkiyənin həssas yanaşdığı və bütün terror təşkilatlarına qarşı mübarizədə qətiyyətinin olduğu ifadə edilib.

Liviyada Milli Razılıq Hökumətinin etimad səsverməsi ilə siyasi prosesin davam etməsi və sabitliyin təmin olunması istiqamətindəki inkişaflardan məmnunluq ifadə edilib.

Telefon söhbətində, həmçinin qlobal miqyasda qadınlara qarşı hər cür şiddətin qarşısını almaq üçün mübarizənin qətiyyətlə davam edəcəyi də ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR