Türkiyə XİN: “Avropa İttifaqı qaçqınlar məsələsini siyasi məqsədlər üçün istifadə edir”

Türkiyə XİN: “Avropa İttifaqı qaçqınlar məsələsini siyasi məqsədlər üçün istifadə edir”
# 07 mart 2020 05:10 (UTC +04:00)

 

Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr Şurasının martın 6-da keçirilən fövqəladə toplantısında Aİ Xarici işlər nazirləri bildiriş qəbul ediblər.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyi bildirişin qəbuledilməz olduğunu açıqlayıb. 

Qeyd olunub ki, sözügedən bildiriş Aİ-nin miqrantlar və təhlükəsizlik məsələlərində Türkiyənin etdiyi cəhdləri və çəkdiyi ağır yükü hələ də anlamadığını sübut edir: “Təəssüf ki, Aİ bu məsələni siyasi məqsədlər üçün istifadə edir. Aİ-nin beynəlxaq hüquq və insan haqlarını heçə sayan, sərhədinə gələn insanlara hər şəkildə əziyyət verən Yunanistana arxa durması öz ölkələrinin dəyərlərinə uyğun deyil. 1951-ci il Cenevrə Konvensiyasına və Aİ qanunvericiliyinə söz oyunları ilə məhəl qoymamaq da mümkün deyil”.

Türkiyə XİN Aİ-ni nizamnamə və qanunlarına əməl etməyə çağırıb: “Yunanıstanın sığınacaq istəyənlərə qarşı etdiyi qanunsuz hərəkətləri bir çox beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları, o cümlədən BMT və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da elan etdilər. Aİ və Aİ qurumlarını, Avropa ortaq dəyərlərinə və qanunlarına əməl etməyə çağırırıq. Aİ Türkiyəyə çağırış etməkdənsə, əvvəl verdiyi sözləri tutmalı, 18 Mart razılaşmasını tam olaraq özü tətbiq etməlidir”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR