Türkiyə XİN: Yaxşı təklif olarsa, Ankara ABŞ-dan "Patriot" sistemləri almağa hazırdır

Türkiyə XİN: Yaxşı təklif olarsa, Ankara ABŞ-dan "Patriot" sistemləri almağa hazırdır
# 15 aprel 2020 01:14 (UTC +04:00)

Türkiyə ABŞ-dan “Patriot” zenit-raket sistemləri və digər NATO müttəfiqlərindən oxşar sistemləri almağa hazırdır.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonun təşkil etdiyi Atlantik Şurasının onlayn seminarda deyib.

“Türkiyənin Rusiyadan S-400 sistemlərini alması ABŞ-ın uzun müddət, 10 ildir yaranmış təcili ehtiyaclarımızı qarşılamaq istəməməsinin nəticəsidir. Bunu ABŞ Prezidenti Donald Tramp da təsdiqləyib”, - nazir belə deyib.

“Yaxşı bir təklif edilsə, ABŞ-ın “Patriot” komplekslərini almağa hazırıq. S-400 ətrafındakı məsələnin həllində isə mövqeyimiz dəyişməyib: Biz ABŞ-a NATO-nun iştirakı ilə texniki işçi qrupu yaratmağı təklif edirik. NATO əslində bu texniki işçi qrupuna rəhbərlik edə bilər. Bu təklif yenə də danışıqlar masasında qalır”, - deyə Çavuşoğlu əlavə edib.

O, Ankaranın Moskva ilə əməkdaşlığının təbii bir proses olduğunu bildirdi. "Bölgəmizdəki heç bir ölkə bu və ya digər dövlətin lehinə seçim etmək məcburiyyətində deyil. Bütün iştirakçılarla balanslı siyasət aparmalıyıq. Rusiya qonşumuz və bölgəmizdə çox vacib bir oyunçudur. Deməli, Moskva ilə əməkdaşlıq təbii bir prosesdir, amma bu həmişə asan deyil "dedi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR