Türkiyə XİN-ə yeni mətbuat katibi təyin edilib

Türkiyə XİN-ə yeni mətbuat katibi təyin edilib
# 20 aprel 2021 18:35 (UTC +04:00)

Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Türkiyə XİN-in İnformasiya Baş İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, nazirliyin yeni sözçüsü Tanju Bilgiç təyin edilib.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Tanju Bilgiç 2011-2014-cü illərdə Türkiyənin Sankt-Peterburqda Baş konsulu olub.

Xatırladaq ki, Türkiyə XİN-nin keçmiş sözçüsü Hami Aksoy Macarıstanın Türkiyədəki səfiri təyin edilib və aprelin 1-dən bu vəzifəsini icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR