Türkiyə ictimai yerlərdə qoruyucu maskalardan istifadəni icbari edib

#
# 17:40
8 sentyabr 2020

Türkiyə hökuməti koronavirusla mübarizə çərçivəsində ölkənin bütün ictimai yerlərində tibbi maskalardan məcburi istifadəni tətbiq edir.

APA xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

"Koronavirus pandemiyası səbəbindən ölkənin bütün ictimai yerlərində maska ​​taxmaq məcburidir", - məlumatda deyilir.

Ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasında, həmçinin qeyd olunub ki, ictimai məsafəni qorumaq mümkün olduğu hallar istisna olmaqla, ictimai nəqliyyatda sərnişinlərin ayaq üstə getməsinə icazə verilməyəcək.

Bundan əlavə, restoran, bar, klub və hotellərdə konsertlərin təşkili və ya musiqi qruplarının çıxışı qadağan olunur.

Qeyd edək ki, Türkiyədə koronavirusa ilk yoluxma faktı martın 10-da Avropadan qayıdan yerli bir sakində qeydə alınmışdı. Bu günə qədər ölkədə koronavirusa yoluxanların ümumi sayı 279 mini keçib, 6 673 nəfər ölüb, 251 105 nəfər sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR