Türkiyə ilə Gürcüstan arasında uçuşlar dayandırılır

Türkiyə ilə Gürcüstan arasında uçuşlar dayandırılır
# 15 mart 2020 13:04 (UTC +04:00)

Türkiyə və Gürcüstan koronavirusla mübarizə tədbirləri çərçivəsində qarşılıqlı uçuşların dayandırılması barədə ortaq razılığa gəlib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb. Bəyanata əsasən məhdudiyyət martın 20-dən tətbiq ediləcək.

Qeyd edək ki, martın 14-dən etibarən Sarp gömrük keçid məntəqəsi ilə qarşılıqlı səfərlər məhdudlaşdırılıb. Məhdudiyyətin yük daşımalarına şamil olunmayacağı açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR