Türkiyə parlamentində 6 saatlıq qapalı iclas keçirilib

Türkiyə parlamentində 6 saatlıq qapalı iclas keçirilib
# 03 mart 2020 23:09 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisində Türkiyə Xarici İşlər və Müdafiə nazirlərinin iştirakı ilə keçirilən qapalı iclas sona çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, yerli vaxtla saat 15:00-da başlayan iclas 6 saat çəkib. Nazirlər iclasda Türkiyə Silahlı Qüvvələrinin “Bahar qalxanı” əməliyyatı və İdlibdə baş verən son hadisələr haqqında parlamenti məlumatlandırıblar. 

Qeyd edək ki, iclasın protokolları 10 il müddətinə qapalı qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR