Türkiyə və Gürcüstan arasında quru yolla qarşılıqlı səfərlər məhdudlaşdırılıb

Türkiyə və Gürcüstan arasında quru yolla qarşılıqlı səfərlər məhdudlaşdırılıb
# 14 mart 2020 18:57 (UTC +04:00)

Türkiyə və Gürcüstan ortaq qərar əsasında Sarp gömrük keçid məntəqəsindən hərəkəti müvəqqəti məhdudlaşdırıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökümət administrasiyası məlumat yayıb. Xəbərə əsasən məhdudiyyət gömrük keçid məntəqəsindən yük daşımalarına şamil edilməyib.

Kartsax və Vale gömrük keçid məntəqələrində isə hərəkətin davam etdiriləcəyi bildirilirb.

Bundan başqa, hava yolu sərnişin daşımalarının da davam etdiriləcəyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR