Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
# 15 mart 2020 15:02 (UTC +04:00)

Türkiyənin Osmaniyə şəhərində yerli vaxtla 13.35-də Rixter şkalası üzrə 4.1 bal gücündə zəlzələ baş verib.

APA-nın yerli bürosundan Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbərinə görə, zəlzələ yerin 19 kilometr dərinliyində qeydə alınıb.

Qeyd edək ki, bu ilin təkcə son iki ayı ərzində Türkiyədə 10 min 800 yeraltı təkan olub. Yanvarın 24-də mərkəzi Türkiyənin Elazığ şəhərində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 41 nəfər həlak olub, çox sayda tikintiyə zərər dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR