Türkiyədə COVID-19-dan 75 nəfər ölüb

Türkiyədə COVID-19-dan 75 nəfər ölüb
# 01 noyabr 2020 00:31 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 75 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən belə bildirib. 

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 124 109 şübhəli koronavirus testindən keçib, onlardan 2213-nün cavabı pozitiv çıxıb, 1506 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2075 nəfər olub.

Türkiyədə ümumilikdə 375 367 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 252 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR