Türkiyədə COVID-19-dan daha 84 nəfər həyatını itirib

Türkiyədə COVID-19-dan daha 84 nəfər həyatını itirib
# 08 noyabr 2020 20:22 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 84 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 141 944 şübhəli koronavirus testindən keçib, onlardan 2516-nın cavabı pozitiv çıxıb, 2018 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2740 nəfər olub.

Türkiyədə ümumilikdə 395 255 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 887 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR