Türkiyədə "Roketsan”ın hərbi zavodunda partlayış olub

Türkiyədə "Roketsan”ın hərbi zavodunda partlayış olub
# 07 aprel 2020 17:03 (UTC +04:00)

Türkiyənin paytaxtı Ankara şəhərində hərbi zavodda partlayış baş verib.

APA “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir özünün “Twitter” hesabında yazıb: “Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfinin nəzdindəki “Roketsan”ın zavodunda qeydə alınmış partlayış nəticəsində ölən olmayıb”.

Ankara Valiliyi isə Almadağ rayonunda yerləşən zavodda baş verən partlayış nəticəsində 3 nəfərin yüngül xəsarət aldığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR