Türkiyədə bir ailədən 5 nəfəri öldürən terrorçu tutulub

Türkiyədə bir ailədən 5 nəfəri öldürən terrorçu tutulub
# 27 iyun 2020 22:27 (UTC +04:00)

Türkiyədə bir ailədən beş nəfəri qətlə yetirən terrorçu Diyarbəkir vilayətində ələ keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Diyarbəkir Baş Prokurorluğundan məlumat yayılıb.

PKK-lı terrorçu Mehmet Eliaçık 2016-cı ildən axtarışda olub.

Qedy edək ki, terrorçu 10 avqust 2016-cı ildə partlayıcı quraşdırılmış avtomobillə terror aktı törədib. Nəticədə bir ailədən 5 nəfərin şəhid olması ilə yanaşı, aralarında polisin də olduğu 12 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR